-
- 18-09-2024, 22:25
- 532
İngiltərədə illik inflyasiya görün nə qədər OLDU
Britaniya Milli Statistika İdarəsi (ONS) avqust ayı üçün İstehlak Qiymətləri İndeksi (CPI) məlumatlarını açıqlayıb.
News24.az xəbər verir ki, buna görə illik inflyasiya avqust ayında 2,2 % ilə gözləntilər daxilində olub. İyulda isə inflyasiya 2,2 faiz təşkil edib.
Eyni zamanda, enerji və ərzaq qiymətləri nəzərə alınmadan illik inflyasiya avqustda 3,6 faiz təşkil edib. İyulda baza inflyasiyası illik bazda 3,3 faiz səviyyəsində ölçülüb.
Avqust ayında xidmət sektoru inflyasiyası illik bazda 5,6% olaraq hesablandı. İyulda xidmətlər inflyasiyası 5,2 faiz təşkil edib.
ONS baş iqtisadçısı Qrant Fitzner məlumatların qiymətləndirilməsində inflyasiyanın avqust ayında üfüqi bir seyir izlədiyini və hava yolları qiymətlərindəki artımın restoran və otellərdəki qiymətlərin azalması ilə balanslaşdırıldığını bildirib.
Fitzner qeyd edib ki, xammal qiymətləri də iki aylıq artımdan sonra azalmağa başlayıb.
Günel Məlikzadə