-
- 18-09-2024, 19:20
- 797
Ayda neçə kiloqram ət ala bilirsiz? - VİDEO
Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub. Bu isə 2022-ci illə müqayisədə 1.4 kiloqram çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il ölkədə adambaşına 16.9 kq mal əti, 9.2 kq qoyun və keçi əti, 1 kq donuz əti, 16.4 kq quş əti istehlak edilib. Beləliklə, Azərbaycanda ayda adambaşına 2.3 kq mal və qoyun əti, 1.4 kq isə quş əti yeyilib.
R TV məsələ ilə bağlı alıcılar arasında sorğu keçirib: