-
- 18-09-2024, 20:54
- 473
İndi də telefonlar, noutbuklar partlayır: 9 ölü, 300 yaralı
Livanda rabitə cihazlarında yeni partlayışlar baş verib, nəticədə 100 nəfər yaralanıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.
Yerli mediaya görə, peycerlərdən sonra radiolar, noutbuklar və telefonlar partlamağa başlayıb.
Sakinlər bildirib ki, mobil telefon mağazaları və məişət texnikası da partlayır. Bəzi yaşayış binaları yanmağa başlayıb.
Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.
Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.