Milyonçu deputatın şirkəti cəzalandırıldı
    • 18-09-2024, 23:13
    • 975

Milyonçu deputatın şirkəti cəzalandırıldı


Mebel istehsalçısı "Embavud" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimə məbləği məlum olub.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mebel şirkəti bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 dəfə cəzalandırılıb.

Qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasov olan "Embavud" MMC-yə fərqli vaxtlarda 5885.20, 3441.60 və 3037.00 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, "Embavud" mebel firmasının sahibi deputat Məşhur Məmmədovdur. O, VI çağırış Milli Məclisin deputatı olub və 1 sentyabr 2024-cü il seçkilərində də qalib gəlib.