Əhalinin NƏZƏRİNƏ: Sentyabrın 19-dan...
    • 18-09-2024, 23:19
    • 2 676

Əhalinin NƏZƏRİNƏ: Sentyabrın 19-dan...

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məhdudiyyətlə əlaqədar 32 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Sədi Musayev, Rəşid Bağırov və Oqtay Vəliyev küçələri ilə təşkil ediləcək.