-
- 19-09-2024, 08:39
- 509
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Kumamoto Universitetinin alimləri aşkar ediblər ki, uşaqlıqdakı prostaqlandin reseptorları (yağa bənzər aktiv maddələr) endometrium hüceyrələrinin hamiləliyə hazırlanmasını sürətləndirir.
News24.az Oxu.Az-a istinadən xəbər verir.
Prostaqlandinlər orqanizmin zədələnmələrə reaksiya verməsinə kömək edən, qızdırma və ağrı yaradan lipid aktiv maddələrdir. Onlar, həmçinin doğuşun stimullaşdırılması kimi reproduktiv proseslər üçün də vacibdir.
Alimlər müəyyən ediblər ki, hamiləliyin erkən mərhələlərində uşaqlıqda istehsal olunan iki növ prostaqlandin (PGD2 və PGE2) müəyyən reseptorları (DP və EP4) aktivləşdirir və embrionun implantasiyasını dəstəkləyən toxumanın formalaşmasına kömək edir. İmplantasiya embrionun uşaqlığın selikli qişasına "bitişməsi" prosesidir. Bundan sonra hamiləlik baş verir və rüşeym yumurtası inkişaf etməyə başlayır.
Komanda müəyyən edib ki, DP və EP4 reseptorlarının stimullaşdırılması desidualizasiyanı gücləndirir. Bu, hamiləliyə hazırlıq zamanı və hamiləlik dövründə endometrium hüceyrələrində (uşaqlıq cisminin daxili selikli qişası) əhəmiyyətli dəyişikliklərə səbəb olan prosesdir. Bu, embrionun daha yaxşı implantasiya olunmasına kömək edir. PGD2-DP və PGE2-EP4 reseptorları bir-birinin funksiyalarını kompensasiya edir və hamiləliyin başlanğıcına səmərəli şəkildə yardım edir.
Alimlər vurğulayıblar ki, onların kəşfi implantasiya problemləri səbəbindən sonsuzluqdan əziyyət çəkən qadınlara kömək edə bilər. Bu maneəni aradan qaldırmaq üçün DP/EP4 aqonistləri adlanan preparatlardan istifadə etmək olar. Həmçinin uşaqlıqdakı prostaqlandin reseptorları (yağa bənzər aktiv maddələr) endometrium hüceyrələrinin hamiləliyə hazırlanmasını sürətləndirir.