-
- 19-09-2024, 13:40
- 230
Narinin qardaşı qətl üçün çağırılmışdı?
Avqustun 21-də Diyarbakırın Bağlar mahalının Tavşantəpə məhəlləsində itən və sentyabrın 8-də Sıratutmaz çayında cansız cəsədi tapılan Narin Güranın (8) qətli ilə bağlı Diyarbakır Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir. Bibi Hədiyyə Güran da əlavə olunması ilə istintaqda saxlanılanların sayı 12-yə yüksəlib.
News24.az xəbər verir ki, qətlin əsas şübhəlilərindən biri 18 yaşlı qardaş Enes Gürandır. Malatyada işləyən Güranın hadisədən bir gün əvvəl Diyarbakira getməsi sual işarəsi yaradıb.
Şübhəlinin qətlə çağırılmış ola biləcəyi qiymətləndirilib. Qardaşın qolundakı diş izləri və belindəki dırnaq izləri də bu şübhəni gücləndirib.
“Qəsdən adam öldürmədə iştirak” ittihamı ilə həbs edilən Enes Güran ifadəsində “Qardaşım Baran əsgərliyə getməsi və əmim oğlunun toyunda iştirak etmək üçün işdən icazə aldım” deyib.
Enes Güran bacısının ölümü ilə heç bir əlaqəsi olmadığını iddia edərək Narinin yoxa çıxdığı saatlarda yatdığını bildirib.
Günel Məlikzadə