-
- 19-09-2024, 13:47
- 265
"Nə biləydim ki, bir gün o şəkil onun məzar daşına döyüləcək" - VİDEO
“Azərbaycanın 3 rəngli bayrağı harada dalğalanırsa, orada qulluq etməyə hazıram”.
Bu, sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovdan qalan son sözlərdir.
Qəhrəmanımız 1991-ci il iyul ayının 12-də Bakı şəhəri, Binəqədi rayonunda anadan olub. Seymur Mahmudov orta təhsilini Binəqədi rayonu 246 saylı liseydə alıb.
News24.az bildirir ki, Bakuplus.az-ın əməkdaşı şəhid ailəsi ilə həmsöhbət olub.