Yapışıq əkizlər 14 saatlıq əməliyyatla ayrıldı - FOTO
    • 19-09-2024, 13:56
    • 753

Yapışıq əkizlər 14 saatlıq əməliyyatla ayrıldı - FOTO

Pakistanlı Mirha və Minal 2023-cü ilin sentyabrında başlarından yapışıq şəkildə doğulublar. Övladları üçün yaşadıqları ölkədə müalicə tapa bilməyən ailənin kömək fəryadına Türkiyə də biganə qalmayıb.

News24.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan siam əkizlərinin müalicə üçün Türkiyəyə gətirilməsini əmr edib.

May ayında Ankaraya gətirilən körpələr iki mərhələli əməliyyatla bir-birindən ayırılıblar.

Qeyd edək ki, əkizlərə həyat verən sonuncu əməliyyat iyulun 19-da həyata keçirilib. 14 saat davam edən və 60 səhiyyə işçisinin iştirak etdiyi bu əməliyyatda əkizlər birləşmiş baş nahiyələrindən uğurla ayrılıb.

Səhiyyə naziri Kamal Memişoğlu da bu yaxınlarda balaca körpələrə baş çəkib, onların sağlamlıq vəziyyəti ilə bağlı məlumat alıb.


Günel Məlikzadə