-
- 19-09-2024, 14:06
- 228
İsrailin Livana kiberhücumu zamanı Moskvada telefon partladı
İsrailin Livana dünənki kiberhücumları zamanı Moskvada sakinlərdən birinin “Honor 70” modelinə məxsus telefonu partlayıb.
News24.az “Mash”a istinadən xəbər verir ki, həmin şəxs əlindən yaralanıb. O, təcili yardımı gözləməyərək naməlum istiqamətə qaçıb.
Hazırda zərərçəkən şəxs axtarılır. Onun telefonu ekspertlərə təhvil verilib.
Beyrutdan gələn son xəbərlər fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları cihazın Mossad-ın Yaxın Şərqdə dəyişdirdiyi avadanlıq partiyasından olub olmadığını yoxlamaq qərarına gəliblər.
İlkin ehtimala görə isə partlayışın Livandakı hadisələrlə əlaqəli olmadığı, sadəcə telefonun batareyasının həddindən artıq qızdığına görə baş verdiyi deyilir.
Qeyd edək ki, “Huawei” və “Honor” telefonları HƏMAS silahlıları tərəfindən fəal şəkildə istifadə edilib.
İsrail kəşfiyyat rəsmiləri bildiriblər ki, Çin smartfonlarının öz şifrəli ekosisteminə malik olduqları üçün onları sındıra bilməyəcəklər.
Daha sonra KİV-də Qüdsdə Çin telefonlarının fəal şəkildə araşdırılması ilə bağlı məlumatlar yayılıb.
Teymur MƏMMƏDOV