-
- 19-09-2024, 14:53
- 367
Xoşqədəm bu milyonçu qardaşlara görə təhdid edilir
Aparıcı Xoşqədəm Hidayətqızı təhdid edilib.
News24.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu haqda aparıcısı olduğu "Səni axtarıram" proqramında deyib. O bildirib ki, buna səbəb milyonlar sahibi iş adamı Mahir və İldırım Cəbrayılov qardaşlarının bir gecədə yoxa çıxması haqda axtarışa başlaması olub:
"İldırım və Mahir qardaşları ilə bağlı söz verdim. Bu axtarışla bağlı təhdid olunuram. Buna baxmayaraq bunu efirə verəcəyəm. Qardaş da, bacı da təhdidlərə görə geri çəkilə bilər. Amma mən qorxmuram. Kimisə ittiham etmir ki, kimsə kimisə öldürüb. Bizim telefon danışıqlarımız qeyd olunur. Mahir və İldırım qardaşları 1997-ci ildə Litvanın Vilnius şəhərində itkin düşüb. Birinci Mahir yoxa çıxıb, çox zəngin olub. 1990-cı illərdə qızıl alveri ilə məşğul olub. Axtarışla bağlı mənə bacı və qardaş müraciət etdi, sonra geri çəkildilər. "Axtarışı dayandırmayın" deyən başqa qardaş var".