Kanala düşən uşaq boğularaq öldü
    • 19-09-2024, 20:13
    • 226

Kanala düşən uşaq boğularaq öldü

Şanlıurfada oynayarkən suvarma kanalına düşən Yusuf Bozkurt (3) boğularaq ölüb.

News24.az xəbər verir ki, hadisə səhər saatlarında Harran rayonunun İmam Bakır rayonunda baş verib. 

Evinin yaxınlığından keçən kanalın ətrafında oynayan Yusuf Bozkurt qəfil müvazinətini itirərək suya düşüb. Uşaq bir müddət suyun səthində sürüklənərək gözdən itib. 

Yusufdan xəbər ala bilməyən ailəsi evlərinin yaxınlığındakı suvarma kanalında axtarış aparıb. Yusuf Bozkurtu kanalda hərəkətsiz görən ailə öz imkanları ilə uşağı sudan çıxararaq Harran Dövlət Xəstəxanasına aparıb. 

Təcili yardımda müalicə alan Yusuf Bozkurdu həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Məryəm İlhamqızı


News24.az

Qaynar xətt: 099 270 77 77