Alimin məhkəməsində prokuror ittiham aktını oxuya bilmədi
    • 19-09-2024, 15:19
    • 13 776

Alimin məhkəməsində prokuror ittiham aktını oxuya bilmədi

Ötən il iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən alim Fazil Qasımovun məhkəməsi keçirilib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər elan edilib.

Adı sadalanan şahidlərdən biri prosesdə iştirak edib. Daha sonra, hakim prokurordan ittiham aktını elan etməsini istəyib.

Lakin, təqsirləndirilən Fazil Qasımov vəsatət qaldırıb. O, məhkəmədən vəkili Rövşanə Rəhimli ilə 10 dəqiqəlik konfidensial danışıq aparmaq üçün vaxt istəyib. 

Hakim Fazil Qasımovun vəsatətini təmin edib. Konfidensial danışıq üçün zalda olan hər kəs çıxarılıb.

Qeyd edək ki, F.Qasımov ötən ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb. Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.

Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatı ilə əlaqəli olmaqda təqsirləndirilir.