-
- 14-06-2019, 14:04
- 2 423
“Son zəng” göz yaşları, xatirələr, vidalaşma… – FOTOLAR – VİDEOREPORTAJ
Üzlərdə kədər, göz yaşları, kövrəlmələr… 11 il təhsil aldıqları məktəblərindən, sevimli müəllimlərindən, yoldaşlarından ayrılmaq istəməyən orta məktəb məzunları… Göz yaşlarını gizlədən müəllimlər… Övladından daha çox həyəcanlanan valideynlər...
Bu gün News24.az olaraq 8 saylı orta ümumtəhsil məktəbində 11-ci siniflərin “Son zəng” həyəcanının şahidi olduq. Məktəbin hər küncündə bir xatirə qoyub gedən məzunlar keçirdikləri hiss və həyəcanlarını News24.az-la bölüşüblər: Bu gün mətkəb həyatı ilə vidalaşan Şahanə Həsənova həm sevincli, həm də kədərli olduğunu dilə gətirib: “Çünki 11 il məktəbə gəlirsən, 11 il parta arxasında oturursan, məktəbli forması geyinirsən, indi də axırıncı günümüzdür. Uşaqlarımız üçün, müəllimlərimiz üçün çox darıxacağam. Gələcəkdə də istərdim ki, məhz bu məktəbdə riyaziyyat müəlliməsi işləyim. Qayıdıb bütün müəllimlərimizi görüm. Direktorumuz Aytən xanımla bir işləmək isttərdim. Ona çox təşəkkür etmək istəyirəm, o bizə ana kimi yaxın olub”.
Məzun Rəfiqə Nəcəfzadə də məktəb həyatıyla vidalaşdığı üçün həyəcanlı olduğunu qeyd edib: “11-ci sinifi bitirirəm. Bir tərəfdən də insan pis olur, məktəblə sağollaşırıq. İstərdim ki, gələcəkdə öz fəaliyyətimlə, uğurlarımla məktəbimin adına layiq olum”.
Məktəbin Tərbiyə İşləri Üzrə direktor müavini, həm də kimya fənnindən dərs deyən Safura İbrahimli bildirir ki, bu gün onun üçün həm sevincli, həm də kədərli gündür: “Sevinirik ki, artıq bir ilimiz də uğurla başa çatdı. Kədərlənirik, ona görə ki sevimli uşaqlarımızdan ayrılırıq. Həyatda onlara uğurlar arzu edirəm. Onların səsi yüksəklərdən gələndə bizim üçün ən böyük sevincdir. Müəllimin ən böyük sevinci nədir, yetişdirdiyi insanların özünə layiqli yer tutmalarıdır”.
Afaq Mirayiq
Foto və video: Fərid Şabanov