Azərbaycanda DƏHŞƏT - ana və qızı özlərini 10-cu mərtəbədən atdı
    • 14-06-2019, 14:44
    • 1 225

Azərbaycanda DƏHŞƏT - ana və qızı özlərini 10-cu mərtəbədən atdı

Bakıda intihar olub.

News24.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Ana və qızı yaşadıqları binanın 10-cu
mərtəbəsindən özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

Hadisənin səbəbləri araşdırılır.

News24.az-a daxil olan məlumata görə, intihar edən şəxslərin 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva və qızı, 1990-cı il təvəllüdlü Xədicə Allaherdiyeva olduğu müəyyən edilib.

İntihar edən şəxslər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.