Bakıda ağır qəza: ölən və yaralanan var
    • 20-09-2024, 10:13
    • 205

Bakıda ağır qəza: ölən və yaralanan var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Eyvaz İsmayılov idarə etdiyi "Lada Priora" markalı avtomobillə 1982-ci il təvəllüdlü Kamil Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin Elvin Musazadə isə gözündən aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.