Dünyanın ən təhlükəli qəbiləsi: Qonaqlarını kəsirlər, sümüklərini..
    • Bu gün, 10:10
    • 505

Dünyanın ən təhlükəli qəbiləsi: Qonaqlarını kəsirlər, sümüklərini..

Ada tayfası olan Yalılar dünyanın qalan hissəsindən kifayət qədər təcrid olunmuş vəziyyətdə yaşayırlar. Yalısa çatmaq üçün saatlarla davam edən çətin bir səyahət etmək lazımdır.

News24.az xəbər verir ki, yadellilərə qarşı qəddarlığı ilə tanınan bu tayfanın müqəddəs günlərində qonaqlarını qurban kəsdiyi, sümüklərini aksesuar kimi istifadə etdiyi bildirilir.

Bu qəbilə kənardan gələn hər şeyi təhlükə kimi görərək yaşadıqları bölgəyə səfər etmək istəyənlərə müxtəlif tələlər qurur və onları əsir götürür.

Dünyada qalan son adamyeyən tayfalardan biri olduğu bilinən Yalılar haqqında bu gün müxtəlif söz-söhbətlər gəzir. İddialara görə, yalılar həmişə qonaqlarını qurban vermirlər, amma yenə də əcnəbilərlə yaxşı rəftar etmirlər.

Hətta bəzi mənbələr indiki Yalıların vegetarian olduqlarını iddia edirlər, lakin bu sübut olunmuş iddia deyil. Digər tərəfdən, döyüşlərdə yalıların əsir götürdüyü əsirlərdən bir daha xəbər alınmadığı da məlumdur.

Günel Məlikzadə