-
- 21-09-2024, 00:34
- 429
42 yaşlı kişi bölmədə döyüldü - DƏHŞƏTLİ OLAY
Parisin mərkəzində yerləşən polis bölməsində zorakılıq aktı baş verib.
Publika.az xəbər verir ki, yerli mediada yayılan videoda bir nəfərin həbs edilərək nəzarətə götürüldüyü görünüb. Saxlanılan şəxs əşyalarını təhvil verəndən sonra polis onun əllərini bağlayıb və başına güclü zərbələr endirməyə başlayıb. Bir az keçdikdən sonra digər polis məmuru yaxınlaşıb və ona dəfələrlə şillə vurub.
Arxa tərəfdə isə digər polislər bu hadisəyə seyrçi mövqeyində baxıblar. Məlumatlara görə, döyülən 42 yaşlı şəxs peruəsillidir. O, təhqirə görə həbs olunub. Onun qolu sınıb.
Bildirilir ki, hadisə ilə bağlı iki polis məmuru vəzifələrindən uzaqlaşdırılıb. Onları 7 ilədək həbs və 100 min avro cərimə gözləyir.