-
- 21-09-2024, 18:26
- 6 297
Hər səhər bir qaşıq tut bəhməzi yeyin
Hər səhər bir qaşıq tut bəhməzi yemək çox faydalıdır.
News24.az medicina.az-a istinadən tut bəhməzinin faydalarını təqdim edir:
– Tərkibindəki təbii şəkər və karbohidrat sayəsində enerji səviyyələrini artırır və yorğunluğu azaldır;
– Dəmirlə zəngin olduğu üçün qan azlığının müalicəsində təsirli olur və qan əmələ gəlməsini dəstəkləyir;
– Lifli quruluşu ilə həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır;
– Tərkibindəki kalsium və maqnezium kimi minerallar sayəsində sümük sağlamlığını qoruyur;
– Antioksidantlar və vitaminlər dərinin sağlamlığını dəstəkləyir və dərini daha parlaq və sağlam göstərir;
– Təbii şəkər tərkibi ilə qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edə bilər;
– Ürək sağlamlığını dəstəkləyən kalium və maqnezium kimi mineralları ehtiva edir.