-
- 22-09-2024, 13:28
- 291
Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin
Dostlar, mən həbsdən buraxılmışam. Əvvəlcə İrəvanın “Zvartnots” hava limanında, sonra isə polis idarəsində ümumilikdə 4 saat vaxt keçirdim.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Azərbaycana qarşı böhtanları ilə tanınan bloger Aleksandr Lapşin yazıb.
O bildirib ki, saxlanılması ilə bağlı sifariş Azərbaycandan deyil, Belarusdan gəlib:
“Aeroport polislərindən biri məni aldatdı. Açıq şəkildə dedi ki, “Nikol Paşinyan səni Bakıya satacaq”. Lakin məni “Belarus prezidentinin şərəf və ləyaqətini təhqir” etməkdə ittiham etdilər.
İrəvanda həbsimin təşəbbüskarı Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk olub. Məni həbs edib Belarusa verməkdən imtina edən Ermənistan ədliyyə sisteminə təşəkkür edirəm”.
Qeyd edək ki, A.Lapşin ötən gün İrəvanda saxlanıldıqdan sonra sərbəst buraxılıb. Onun həbs sifarişinin Azərbaycandan gəldiyi iddia edilmişdi.