Əməkdar artist dəfn edildi - FOTOLAR
Mədəniyyət
Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli Gəncənin “Səbiskar” qəbiristanlığında torpağa tapşırılıb.
News24.az "Unikal"a istinadla bildirir ki, dəfn mərasimində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Xalq artisti Şahnaz Haşımova, şəhər ictimaiyyətinin nümayəndələri, sənətkarın yaxınları iştirak ediblər.
Qeyd edək ki, Əməkdar artist bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.