Məşhur aparıcının məzarı dağıdıldı
    • 22-09-2024, 19:52
    • 430

Məşhur aparıcının məzarı dağıdıldı


Naməlum şəxs Novodeviçi qəbiristanlığında Şən və Hazırcavablar Klubu (ŞHK) televiziya verilişinin yaradıcısı və aparıcısı Aleksandr Maslyakovun məzarını dağıdıb.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, naməlum şəxs məzarda olan xaçı qoparıb, fotoşəkilləri söküb.

Qəbiristanlığın mühafizəçiləri həmin şəxsi saxlayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verib.

Qeyd edək ki, Aleksandr Maslyakov bu il sentyabrın 8-də vəfat edib. 82 yaşlı aparıcı ağciyər xərçəngindən ölüb.