-
- 22-09-2024, 19:55
- 319
Makron yeni antirekorda imza atdı
Fransa sakinlərinin dörddə üçü ölkə prezidenti Emmanuel Makrondan narazıdır.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu nəticə “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğuda üzə çıxıb.
Bildirilib ki, 2018-ci ilin dekabrında “Sarı jiletlilər” böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra heç vaxt prezidentin populyarlıq reytinqi 25%-ə enməyib və ya ondan imtina reytinqi 75%-ə yüksəlməyib.
Sorğusu həmçinin göstərib ki, fransızların 55%-i baş nazir Mişel Barnyedən narazıdır, baxmayaraq ki, onun hökuməti materialda qeyd olunduğu kimi, hələlik heç bir tədbir görməyib.