-
- 22-09-2024, 20:53
- 490
TƏCİLİ! Ukrayna PUA-sı Xəzərə qədər gəldi: uçuşlar təxirə salındı
PUA hücumu təhlükəsi ilə ötən gecə Volqoqrad və Həştərxan hava limanları bağlanıb.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Bildirilir ki, Volqoqrad hava limanı gecə saat 1:40 radələrində təyyarələrin qəbulunu və uçuşunu dayandırıb. Bu səbəbdən iki reys təxirə salınıb. Bir saat sonra Həştərxan hava limanı bağlanıb, buna görə üç reys gecikdi. vakansiya 2023
Saat 05:10 radələrində təhlükə aradan qaldırılıb.
Rusiya Müdafiə Nazirliyi Həştərxan vilayətində PUA vurulduğunu açıqlayıb.