-
- 22-09-2024, 23:00
- 315
Məşhur media imperiyası parçalanır - Yeni taxt oyunları
Dünyanın ən zəngin adamlarından biri olan Rupert Merdok sağ olsa da, ailəsi sərvətə görə aralarında yaşanan davanı məhkəməyə qədər uzadıblar.
News24.az TNS-a istinadla xəbər verir ki, Rupert Merdok Nyu-Yorkda yerləşən böyük media şirkəti “News Corporation”ın sahibidir. 93 yaşlı avstraliyalı “Succession”(Varislik) teleserialının ilham qaynağıdır.
Murdokun 4 övladının ataları sağ ikən sərvətdən paylarını almaq üçün məhkəməyə müraciət etdiyi və qazanacaqları təqdirdə nəhəng media şirkətinin parçalanma riski ilə üzləşəcəyi bildirilir.
Övladlar arasında davanın səbəbi Murdokun ölümündən sonra varisinin kim olacağıdır.
20 milyard dollarlıq (682,3 milyard TL) sərvəti olan Murdokun bu məhkəmə peosesinin sadəcə ailə daxili münaqişə deyil, qlobal media sənayesinin gələcəyi üçün əhəmiyyətli olduğu qeyd edilir.
Merdoka məxsus media imperiyasına “The Wall Street Journal”, “The Sun”, “The Times”, “The Australian” və “Fox News” kimi böyük nəşrlər daxildir.