Ərdoğan kimin günahkar olduğunu AÇIQLADI
    • 23-09-2024, 10:27
    • 877

Ərdoğan kimin günahkar olduğunu AÇIQLADI

2022-ci ildə Ukrayna ilə bağlı danışıqların pozulmasında münaqişənin sülh yolu ilə həllində maraqlı olmayan bəzi lobbilər günahkardır. 

News24.az “Anadolu” agentliyi istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, Ankara Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün həmişə səy göstərib və göstərəcək. Türkiyə prezidneti bildirib ki, bu prosesdə İstanbulda aparılan danışıqlar mühüm rol oynayıb.

“Bəzi lobbilər bu səylərin öz məqsədlərinə çatmasını istəmədilər. Hər halda biz müharibəni yeni dağıntılara yol vermədən bitirmək üçün mümkün olan hər şeyi edirik və edəcəyik”.

Teymur Məmmədov