Maaş 1,2 milyon dollardır, amma işləyəcək işçi yoxdur - SƏBƏB
    • 23-09-2024, 21:53
    • 457

Maaş 1,2 milyon dollardır, amma işləyəcək işçi yoxdur - SƏBƏB

La Jument, Fransanın şimal-qərbində və Avropanın ən təhlükəli dənizlərindən biri olan Brittani sahillərində yerləşən 48 metr hündürlüyündə mayakdır. 

News24.az xəbər verir ki, 1911-ci ildə tamamlanan bu mayak fırtına dalğalarının daimi təhlükəsi altındadır. 

Mayak 1888-1904-cü illər arasında 30-dan çox gəminin itdiyi bu sərt dəniz şəraitinə qarşı tikilib.

Qeyd edək ki, La Jument mayak 1989-cu ildə Jean Guichard tərəfindən çəkilmiş məşhur fotoşəkil sayəsində dünyada tanınıb. Həmin vaxt fırtına zamanı xidmətdə olan mayak gözətçisi Teodor Malqornun fotosu nəhəng dalğadan son anda xilas olub və bu anın fotosu tarixə düşüb.

Mayakda işləməyə razı olanlara illik 1,2 milyon dollar maaş təklif olunur. Ancaq tamamilə təcrid olunmuş həyat sürmək məcburiyyətində qalan və nəhəng dalğalarla baş-başa qalmalı olan mayakçılar üçün ayda yalnız bir dəfə qayıqla yemək gətirilir. Bu şərtlər altında ən uzun ömür sürən şəxs cəmi 9 gün işləyə bilib.

Bu çətin və təhlükəli iş yüksək maaşa baxmayaraq, müraciət edənləri tapmır.

Məryəm İlhamqızı