-
- 23-09-2024, 11:29
- 295
"İsrail Ramallahdakı ofisimizi bağlamaqla.." - Əl-Cəzirə
“İsrailin bu repressiv tədbirləri dünyanın işğal olunmuş ərazilərdəki vəziyyətin və Qəzzadakı müharibənin reallığını görməsinin qarşısını almaq məqsədi daşıyır və biz bu cinayət əməlini qətiyyətlə pisləyirik”.
News24.az xəbər verir ki, bu barədə Əl-Cəzirənin bəyanatında deyilib.
Açıqlamada, baş nazir Binyamin Netanyahu başda olmaqla İsrail hökumətinin jurnalistlərin təhlükəsizliyindən məsul olduğuna diqqət çəkilərək, "Həm televiziyamızın, həm də əməkdaşlarımızın hüquqlarını qorumaq üçün qanuni addımları atacağıq", - ifadələrdən istifadə edilib.
Bəyanatda İsrailin “azad media”ya təzyiq edərək Qəzza zolağı və İordan çayının qərb sahilindəki hərəkətlərini gizlətmək məqsədi daşıdığı vurğulanıb və bunlar qeyd edilib:
“İsrailin bizi susdurmağa yönəlmiş bu tədbirlərinə baxmayaraq, biz faktları peşəkar və obyektiv şəkildə çatdırmağa davam edəcəyik. Biz həmçinin İsrail dövlətinin hakimiyyət orqanlarının bu qanunsuz basqına haqq qazandırmaq üçün irəli sürdüyü əsassız iddiaları rədd edirik”.
Xatırladaq ki, Əl-Cəzirənin Qüdsdəki ofisi də təxminən 4 ay əvvəl bağlanıb.
Məryəm İlhamqızı