-
- 23-09-2024, 12:08
- 258
Ailə faciəsi: 4 uşaq eyni gündə öldü
Rusiyada ailə faciəsi baş verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Krasnoyarskda yaşanıb.
2 böyük və 4 uşaqdan ibarət ailə cümə günü mağazadan aldıqları toyuq və pelmenini yedikdən sonra zəhərləniblər.
Xəstəxanaya çatdırılan uşaqların hamısı ölüb. Valideynlərin həyatını isə xilas etmək mümkün olub.
Araşdırma zamanı bəlli olub ki, yeməyi hazırlayan uşaqlardan biri oraya duz əvəzinə milçəklərə qarşı zəhər əlavə edib.
Müstəntiqlər mağazadan şübhəli məhsulları götürərək məhkəmə-tibbi ekspertizaya göndəriblər.
Teymur Məmmədov