-
- 23-09-2024, 12:15
- 179
Rus sərhədçilər xəbərdarlıq etdi, Ermənistan qarışdı - Video
Ermənistan artıq Rusiya üçün dost ölkə deyil.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ictimai xadim Karen Hekimyan deyib.
Onun sözlərinə görə, rus sərhədçiləri Ermənistana gələnlərə xəbərdarlıq edirlər:
“Bu günlərdə Rusiyadan ölkəmizə gələn bir rus vətəndaşı ilə görüşdüm. Mənə dedi ki, Rusiya sərhədçiləri ona Ermənistanın dost ölkə olmadığını bildirib və buraya səfər etməməyi məsləhət görüblər. Əgər belədirsə, o zaman Rusiyanın 102-ci bazası ona dost olmayan ölkədə yerləşir. Klassik mənada isə buna işğal deyilir”.