Maslyakovun məzarını dağıdan gənci əsəb dispanserinə göndərdilər
    • 23-09-2024, 13:08
    • 133

Maslyakovun məzarını dağıdan gənci əsəb dispanserinə göndərdilər


Teleaparıcı Aleksandr Maslyakovun Moskvadakı Novodeviçye qəbiristanlığında məzarını dağıdan gənc psixiatrik xəstəxanaya göndərilib və orada ruhi vəziyyəti yoxlanılacaq.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“Saxlanılan 2004-cü il təvəllüdlü gənc psixiatriya xəstəxanasına yerləşdirilib. İlkin olaraq onun ağlının yerində olub-olmaması yoxlanılacaq”, - agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, sentyabrın 22-də günortadan sonra  Kirill 19 yaşlı Moskva sakini Maslyakovun məzarı üzərindəki xaçı qoparıb, çiçəkləri dağıdın və fotoşəkilləri yerə atıb, "bu burada yatmağa layiq deyil" deyə qışqırıb. Polis vandalı saxlayıb. İlkin məlumatlara görə, saxlanılan şəxsin psixi pozğunluğu var.