-
- 23-09-2024, 13:21
- 211
Narin qətli ilə bağlı yeni görüntülər üzə çıxdı
Türkiyənin Diyarbakır bölgəsində itkin düşən və 19 gün sonra cansız bədəni tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir.
News24.az “Haberler.com”a istinadən xəbər verir ki, Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç cinayət işi ilə bağlı açıqlama edib.
"Təbii ki, istintaq konfidensial xarakter daşıyır, xüsusən də texniki məlumatlar və sübutlarla bağlı ictimaiyyətə açıqlanmayan bəzi məsələlər var. İfadələr hüquqşünaslar tərəfindən ictimaiyyətlə paylaşılanda həmin ifadələrə əsasən müəyyən fikirlər irəli sürülə bilər. Bəzi kamera görüntüləri təsbit edilib. Hazırda onlar araşdırılır. Qatil və ya qatillər qısa zamanda məhkəmə qarşısına çıxarılacaq”, - deyə nazir bildirib.
Teymur Məmmədov