-
- 23-09-2024, 14:18
- 448
Mahir Emreli: "Hamımız məyusuq"
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqada "Herta"ya qarşı debüt oyunu barədə fikirlərini bildirib.
News24.az Fanat.Az-a istinadla xəbər verir ki, VI tur çərçivəsində baş tutan matçın 39-cu dəqiqəsində meydana çıxan 27 yaşlı forvard özünün "Instagram" hesabında belə paylaşım edib:
"Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Hamımız məyusuq. Artıq növbəti oyunu düşünəcəyik. Bu qarşılaşmada bizə dəstək olan hər kəsə təşəkkür edirik".
Qeyd edək ki, matç "Nürnberq"in 0:2 hesablı məğlubiyyəti ilə bitib.