Dayənin otağına gizli kamera qoydu VƏ ..... - FOTO
    • 23-09-2024, 14:27
    • 242

Dayənin otağına gizli kamera qoydu VƏ ..... - FOTO

ABŞ-də gizli kamera qalmaqalı 3 il sonra məhkəmə qərarı ilə nəticələnib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı uşaq baxıcısı Kelli Andrade işəgötürən Maykl Espositoya qarşı açdığı məhkəmədə qalib gəlib və 2,78 milyon dollar təzminat almaq hüququ qazanıb.

Hadisə Nyu-Yorkun Staten İsland şəhərində baş verib. 

“LaRosa Grill” restoran şəbəkəsinin sahibi Esposito, Andradenin yataq otağında tüstü detektoruna gizli kamera yerləşdirməkdə günahlandırılıb. İddialara görə, kamera Andradenin yüzlərlə şəxsi görüntülərini qeydə alıb.

Dörd uşaq atası olan Esposito 24 mart 2021-ci ildə qanunsuz müşahidə ittihamı ilə həbs edilib. Onun vəkili isə qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıb.

Teymur Məmmədov