Şokolad insanları danışmaqdan daha çox xoşbəxt edir - ARAŞDIRMA
    • 23-09-2024, 22:44
    • 299

Şokolad insanları danışmaqdan daha çox xoşbəxt edir - ARAŞDIRMA

Monrealdakı (Kanada) Kanada biznes məktəbi HEC və ABŞ-nin Dyuk Universitetinin alimləri müəyyən ediblər ki, şokolad hədiyyəsi əhval-ruhiyyəni məxfi söhbətdən daha effektiv qaldırıb. 

News24.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Araşdırmada 3600 insan iştirak edib. Təcrübələrin birində iştirakçılardan avtomobillərinin digəri ilə toqquşduğunu təsəvvür etmələri və dostlarından kömək etməsi istənilib. Dostunun danışa bilməyəcəyini, amma sonradan şokolad hədiyyəsi göndərəcəyini eşidənlər, dostunun geri zəng edəcəyi deyilənlərdən daha yaxşı hiss ediblər.

İkinci təcrübədə bir tərəfdaş emosional dəstək istəyib. Ona 2 təklif irəli sürülüb: ya şokolad, ya da qısa söhbət. Şokolad alanlar özlərini daha yaxşı hiss edib,  tərəfdaşlarının hərəkətini daha mənalı olaraq qiymətləndiriblər. 

Baş tədqiqatçı Holly Howe qeyd edib ki, insanlar söhbət zamanı qarşılıqlı faydalı mübadiləni gözləyirlər, hədiyyə alarkən isə hədiyyə verənin səmimi, fədakar niyyətlərini dərk edirlər. Eyni zamanda, onun sözlərinə görə, hədiyyənin dəyəri onun simvolizmi və alana diqqəti qədər vacib deyil.

Məryəm İlhamqızı