-
- 23-09-2024, 23:24
- 245
Ayın səthində su əlamətləri AŞKAR EDİLDİ
Ayın kifayət qədər quru olduğu düşünülsə də, son araşdırmalar göstərib ki, müxtəlif hissələrində əhəmiyyətli miqdarda su ola bilər.
News24.az xəbər verir ki, Planet Elmləri İnstitutundan planetoloq Rocer Klark, "Bu su ilə zəngin bölgələrdən istifadə edərək, gələcək astronavtlar hətta Ayın ekvatorunun yaxınlığında da su tapa bilərlər" deyib.
Klark və komandasının apardığı yeni araşdırmalar göstərib ki, Ayın səthindəki qayaların və torpağın mineral strukturunda su və hidroksil (bir oksigen və bir hidrogen atomundan ibarət molekul) mövcuddur.
NASA-nın “Chandrayaan-1” kosmik aparatında Moon Mineralogy Mapper (M3) məlumatlarını araşdıran elm adamları Ayın bütün enliklərində su izləri aşkar ediblər.
Xüsusən də Ayın səthinə meteor zərbələrinin su ilə zəngin süxurları ortaya çıxardığı müşahidə edilib.
Tədqiqat qrupu, Ayın səthində suyun daimi olmadığını, günəş küləklərinin milyonlarla il ərzində suyu məhv etdiyini, lakin bu prosesin geridə hidroksil buraxdığını müəyyən edib.
Araşdırmanın nəticələri The Planetary Science Journal-da dərc olunub.
Məryəm İlhamqızı