Vəbadan ölənlərin sayı 388-ə çatdı
    • 23-09-2024, 15:32
    • 294

Vəbadan ölənlərin sayı 388-ə çatdı

Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada vəba epidemiyasının ölkədəki 18 əyalətdən 10-da yayıldığı paylaşılıb.

News24.az xəbər verir ki, açıqlamada, ümumi yoluxma sayının 12 min 896-ya yüksəldiyi, vəba səbəbiylə həyatını itirənlərin sayının isə 388-ə çatdığı bildirilib.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Qeyd edək ki, Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Günel Məlikzadə