Göldə fəlakət: 5 nəfər boğularaq öldü
    • 23-09-2024, 15:35
    • 128

Göldə fəlakət: 5 nəfər boğularaq öldü

Türükiyədə Reyhanlı Baraj gölünə girən 5 nəfər naməlum səbəbdən itib.

News24.az xəbər verir ki, polis, jandarma, xilasetmə və 112 Təcili Sağlamlıq qrupları bölgəyə sövq edilib.

Komandanın işi ilə sudan çıxarılan 5 Suriya vətəndaşının həyatını itirdiyi müəyyən edilib.

Meyitlər hadisə yerində müayinə olunduqdan sonra xəstəxana morquna aparılıb.

Günel Məlikzadə