-
- 23-09-2024, 16:11
- 224
Yanğınsöndürən 5 ayrı meşə yanğınına səbəb OLDU
Kaliforniyanın Healdsburq şəhərində yaşayan yanğınsöndürən Robert Metyu Hernandes 5 ayrı meşə yanğınına səbəb olduğu üçün həbs edilib.
News24.az xəbər verir ki, sentyabrın 8-i, 12-si və 14-də bəzi bölgələrdə baş verən yanğınlara görə yanğın törətmək ittihamı ilə saxlanılan Hernandezin məsuliyyət daşıdığı iddia edilib.
Hernandezin yerli sakinlərin diqqəti sayəsində tutulduğunu paylaşan yanğınsöndürmə məntəqəsinin sözçüsü bu hadisənin xalqın inamını zədələdiyini, ona görə də məsələ ilə bağlı ətraflı məlumat vermək istəmədiklərini bildirib.
Müəssisədə yanğınsöndürən maşınların və su çənlərinin saxlanması ilə məşğul olan Hernandezin dindirilməsi davam edir.
Günel Məlikzadə