-
- 23-09-2024, 16:27
- 293
Sumqayıtdakı bit-birəli məktəbi bu dəfə həşəratlar basdı – QALMAQAL
Sumqayıt şəhər 14 nömrəli məktəblə bağlı yeni qalmaqallı iddia səsləndirilib.
News24.az bildirir ki, Sumqayıt24-ə müraciət edən valideynlər bildiriblər ki, sinif otaqlarında dezinseksiya işləri aparılsa da, bu, problemi tam həll etməyib. Belə ki, uşaqların təhsil aldığı siniflərdə bit-birədən sonra digər həşaratlar da məskunlaşıb.
Həmçinin valideynlərin iddiasına görə, dezinseksiyadan sonra uşaqlar arasında zəhərlənənlər var.
Qeyd edək ki, sentyabrın 14-də, yəni dərslərin başlamasına iki gün qalmış siniflər, dəhlizlər, sanitar qovşaqlar, eləcə də məktəbin həyatyanı sahəsi xüsusi kimyəvi maddələr vasitəsilə dezinseksiya edilib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu unvanlanıb.