-
- 23-09-2024, 16:59
- 482
Hər gün su içmək insanı arıqladır? - DİYETOLOQ CAVABLADI
Bədən çəkimizin təxminən 60%-ını təşkil edən su, oksigendən sonra insan həyatı üçün ən vacib ehtiyac olaraq göstərilir. Su bütün həyat funksiyalarımızı tənzimləməkdə əsas rol oynayır. İdeal miqdarda su istehlak etməyin sağlamlığa bir çox müsbət təsiri var. Bunlardan biri xüsusilə çəki problemi olan insanlar üçün arıqlamağa kömək etməsidir.
Bəs, bol-bol su içmək və ya gündə 3 litr su içmək həqiqtən də bizi arıqladırmı?
Məsələ ilə bağlı News24.az-a danışan diyetoloq-həkim, uzun ömürlük üzrə ekspert Leyla Zülfüqarlı bildirib ki, su içmək hər zaman tövsiyə edilib. Su da orqanizmdə qidalar qədər rol oynayır:
"Biz qidaları vitaminlər, minerallar aldığımız və dəstəkləyici funksiya yerinə yetirdiyi üçün qəbul edirik. Su isə dəstəkləyici funksiyanın həyata keçməsində çox mühüm rol oynayır. Suda həll olunan vitaminlər var ki, su olmasa həmin vitaminlər orqanizmdə, ümumiyyətlə, sovrulmur. Su eyni zamanda, bütün biokimyəvi prosseslərdə iştirak edir və maddələr mübadiləsini sürətləndirir. İnsandakı köklük səbəbi başqa problemlər deyilsə, su maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edə bilər. Qeyd edim ki, sağlam insan hər kiloqrama görə 30 millilitr su içməlidir. Beləliklə, su içmək sağlam qalmağınıza və araqlamağınıza kömək edə bilər".
Günel Məlikzadə