Əri ilə barışdı, sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ
    • 23-09-2024, 17:57
    • 240

Əri ilə barışdı, sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ

Aydının Efeler rayonunda qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə saat 13:00 radələrində Güzelhisar Məhəlləsi, 54-cü küçədə qeydə alınıb. 

Evli və iki uşaq anası olan Ebru Ö.-nün bir müddət əvvəl Cihan K. ilə qaçdığı iddia edilib. Cihan K. ilə yaşayan Ebru Ö. şiddət gördüyü üçün evə qayıdaraq əri Serkan Ö. ilə barışıb. Daha sonra ailə başqa evə köçüb. Lakin Cihan K. əri evdə olmadığı müddətdə Ebru Ö.-nün yeni ünvanını öyrənib və onun yanına gedib.

Burada Cihan K. və Ebru Ö. arasında mübahisə yaranıb. Mübahisə zamanı Cihan K. Ebru Ö-yə 3 bıçaq zərbəsi vuraraq qaçıb. Səs-küyü eşidən qonşuları Ebru Ö-nü yerdə qanlar içində görüb, təcili yardıma zəng edərək kömək istəyiblər. Xəbər üzərinə sağlamlıq və polis qrupları ünvana sövq edilib.

Həkimlər Ebru Ö-nün öldüyünü müəyyən edib. 

Müayinənin ardından qadının cansız bədəni xəstəxana meyitxanasına aparılıb.

Məryəm İlhamqızı