-
- 23-09-2024, 18:13
- 256
Yatarkən belə arıqlaya bilərsiniz- ƏTRAFLI
Artıq çəkidən xilas olmaq üçün bir çox fərqli üsul var. Bu üsulların bəziləri qidalanmaya, bəziləri isə gündəlik fəaliyyətə əsaslanır. Ağır məşqlər və sərt pəhrizlər olmadan sağlam şəkildə arıqlamaq istəyənlər bunu yatarkən sınaya bilərlər.
News24.az xəbər verir ki, yuxu zamanı arıqlamağın təbii üsulları bunlardır:
Üzəri açıq yatın: İsti yay günlərində yorğan olmadan yata bilərsiniz. Bəzi insanlar hətta çılpaq yatmağa üstünlük verirlər. Bu maddələr mübadiləsini sürətləndirəcək. Yatdığınız yer daha soyuq olacağı üçün vücudunuz daha çox kalori yandıraraq sizi isitməyə çalışacaq ki, bu da arıqlamağınızı asanlaşdıracaq.
Maddələr mübadiləsini sürətləndirin: Metabolik sürətiniz nə qədər yüksək olsa, yağ yandırmağa bir o qədər meylli olursunuz. Sağlam həyat təklifləri arasında maddələr mübadiləsini sürətləndirəcək üsullar var. Məsələn, yatmazdan əvvəl protein qəbulunu artıra və bədəni işə məcbur edə bilərsiniz. Gecələr darçınlı süd içməklə də kalori yandıra bilərsiniz.
Ac ikən yatmayın: Gecələr arıqlamaq üçün maddələr mübadiləsi sürətiniz azalmamalıdır. Ac halda yatsanız, maddələr mübadiləsi yavaşlayacaq. Bunun əvəzinə yüngül və sağlam qidalar qəbul edib, belə yata bilərsiniz.
Daha çox yatın: Yuxu vaxtının uzadılması daha az kalori qəbulu və buna görə də daha çox kalori itirilməsi ilə nəticələnəcək. Yuxu vaxtınızı uzatmaqla daha çox arıqlaya bilərsiniz.
Məryəm İlhamqızı