2 yaşlı uşaq kanala düşdü - DƏHŞƏT
    • 23-09-2024, 18:32
    • 188

2 yaşlı uşaq kanala düşdü - DƏHŞƏT

Bursanın Karacabey rayonunun Hotanlı məhəlləsində dəhşətli hadisə baş verib. 

News24.az xəbər verir ki, Adanadan Karacabeyə mövsümlük işçi kimi gələn Suriya əsilli İ.M. və H.H. cütlüyün körpəsi Faruk Melle bacıları ilə qaldıqları evin qarşısında oynayarkən təxminən 50 santimetr dərinlikdə olan suvarma kanalına düşüb.

Bu barədə digər övladları tərəfindən məlumat alan ana, oğlunu suvarma kanalından çıxarıb.

Təcili yardıma məlumat verildikdən sonra hadisə yerinə həkim qrupları sövq edilib və körpənin öldüyü müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı