-
- 23-09-2024, 23:06
- 320
Rusiya və Azərbaycan arasında kritik görüş
Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri Yalçın Rəfiyevlə Sergey Verşinin noyabrda Bakıda keçiriləcək COP29 öncəsi iqlim gündəliyini müzakirə edib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair məlumatında bildirilir.
“Həmçinin Nyu Yorkda keçirilən BMT-nin "Gələcək üçün Zirvə" sammitinin cari məsələləri, eləcə də bu kontekstdə toplantıda təsdiq edilmiş “Gələcək Paktı”nın əsas prinsipləri müzakirə olunub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun ekoloji və enerji əməkdaşlığının inkişafı qeyd edilib”, - Rusiya XİN qeyd edib.