-
- 24-09-2024, 08:03
- 255
“Telegram” istifadəçilərinin diqqətinə! Nömrəniz yayıla bilər
“Telegram”-ın təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durov, məhkəmə orqanlarının qanuni tələblərinə uyğun olaraq xidmət şərtlərini pozan insanların IP ünvanlarını və telefon nömrələrini dövlət orqanları ilə paylaşa biləcəklərini açıqlayıb.
News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Durov “Telegram” vasitəsilə ilə məlumat yayıb.
Açıqlamada platformanın ictimai kanalların və botların aşkarlanmasına imkan verdiyini, lakin bu funksiyanın qanunsuz məhsullar sataraq xidmət şərtlərini pozan insanlar tərəfindən sui-istifadə edildiyini bildirilib.
Komandaların bu məsələ üzərində işlədiyini və tətbiqdə axtarış edildiyi zaman problemli məzmuna artıq daxil olmaq mümkün olmadığını deyən Pavel Durov, “Telegram”-ın məxfilik siyasətinin sui-istifadənin qarşısını almaq üçün dəyişdirildiyini qeyd edib.
Xidmət şərtlərini pozan insanların IP ünvanları və telefon nömrələri müvafiq məhkəmə orqanlarından etibarlı qanuni tələblər əsasında paylaşıla biləcək və bu yeniləmə cinayətkarların qarşısını almaq məqsədini daşıdığı vurğulanıb.
Durov bildirib ki, pis niyyətli insanların platformadan öz məqsədləri üçün istifadə etməsinə icazə verilməyəcək.
Teymur Məmmədov