Dünya bazarlarında neft bahalaşır
    • 24-09-2024, 09:49
    • 182

Dünya bazarlarında neft bahalaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 1,15% artaraq 1 barelə görə 74,05 ABŞ dolları təşkil edib.

News24.az-ın "APA-Economics”-ə istinadən məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti isə 1,25% artaraq 1 barelə görə 71,25 ABŞ dolları olub.