Sosial mediada inanılmaz saxtakarlıq
    • 24-09-2024, 20:16
    • 184

Sosial mediada inanılmaz saxtakarlıq

Türkiyənin Hatay şəhərində "İnstagram"da saxtakarlıq hadisəsi baş verib.

News24.az xəbər verir ki, Hilal Hüner sosial şəbəkə vasitəsilə "Maria Miles" adlı istifadəçi ilə əlaqə saxlayıb. 

Qadın fotosundan istifadə etdiyi hesabla ingilis, sonra türkcə mesajlaşmağa başlayan Hüner, qadının ona aşiq olduğu yalanına cavab olaraq söhbətini davam etdirib.

Bir müddət sonra Amerika ordusunda çavuş olduğunu və Yəməndə xidmət etdiyini bildirən hesab 2 qızıl külçə və 700 min dolları xaricə qaçaqmalçılıq yolu ilə keçirmək üçün maddi yardıma ehtiyacı olduğu deyib. 

24 min 321 tl (təxminən 1200 azn) yatırdıqdan sonra fırıldaqçıların toruna düşdüyünü anlayan Hünər Babatorun Jandarma Məntəqə Komandanlığına gedərək onu aldadan şəxslərdən şikayət edib.

Fırıldaqçıların toruna necə düşdüyünü anlamayan Hüner digərlərinə də bu insanların toruna düşməmələri barədə xəbərdarlıq edib.

Hilal Hüner saxta hesabla mesajlaşmağa başlama prosesindən danışaraq, “Mariya Miles adlı biri mənimlə danışmaq üçün sosial şəbəkədə mənə mesaj göndərdi. O, Yəməndə olduğunu və hərbi sülhməramlı komandanın tərkibində olduğunu bildirdi. O, orada külli miqdarda qənimət ələ keçirdiyini və bu qəniməti yük maşını ilə ölkədən çıxarmaq istədiyini dedi. 700 min dollar və 2 qızıl külçə ilə Türkiyəyə gəlib bura sərmayə qoyub məni şərik edəcəyini söylədi. Məni çox bəyəndi" deyib.

Məryəm İlhamqızı