Pezeşkian: Biz BMT-də təcili islahatlar tələb edirik
    • 24-09-2024, 11:25
    • 240

Pezeşkian: Biz BMT-də təcili islahatlar tələb edirik

İran prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında “Birləşmiş Millətlər Təşkilatının Məqsədlərinin Gücləndirilməsi” adlı sessiyada çıxış edib.

News24.az xəbər verir ki, Pezeşkian bildirib ki, cari və gələcək çağırışlarla üzləşmək üçün çoxtərəfli əməkdaşlığa ehtiyac var.

Müharibə, ayrı-seçkilik, yoxsulluq və aclıq kimi problemləri kökündən həll etmək üçün çoxtərəfli sistemin gücləndirilməsi lazım olduğunu bildirən Pezeşkiyan, "Qəzzada uşaqlar və mülki vətəndaşlar öldürülərkən heç bir sənəd sülhü təmin edə bilməz" dedi.

Nüvə silahlarından azad bir dünya istədiklərini ifadə edən Pezeşkiyan əlavə etdi: "Bizim bölgəmizdə heç bir ön şərt olmadan kütləvi qırğın silahlarından azad bir bölgə istəyirik".

İran prezidenti birtərəfli sanksiyaların ölkələrin öz inkişaf və rifah məqsədlərinə çatmasına mane olduğunu və bu vəziyyətin aradan qaldırılması lazım olduğunu bildirib və deyib: 

“BMT-nin baş katibinə (Antonio Quterreş) bu məsələ ilə bağlı geniş hesabat təqdim etməyi tövsiyə edirəm".

Pezeşkiyan BMT-nin qərar qəbuletmə mexanizmlərində islahatların aparılmasının zəruriliyini vurğulayaraq dedi: 

“Biz inkişaf etməkdə olan ölkələrin qərar qəbuletmə mexanizmlərində iştirakını təmin etmək və beynəlxalq maliyyə qurumlarında idarəetmə strukturlarında təcili islahatlar tələb edirik ölkələrin maliyyə problemlərini həll edəcək ədalətli və hesabatlı bir quruluş." .

Günel Məlikzadə