-
- 24-09-2024, 11:45
- 396
Bu şəxslərə hicama olmaz - Ölə bilərsiniz
Hicama dərinin üst qatında, kapilyarlarda yığılan toksinli qanı xaric edən prosedurdur. Bədənimizin xaric edə bilmədiyi bəzi dərmanlar, yediyimiz yeməklər dərinin üst qatında yığılaraq müəyyən xəstəliklərə səbəb olur. Hicama üsulu ilə əzələlər yumşalır, qan dövranı, orqanların funksiyaları yaxşılaşır.
News24,az bildirir ki, Teleqraf.com-un xəbərinə görə, məsələ ilə bağlı açıqlamasında mütəxəssis Ramazan Buluşov bildirib ki, hicamanı düzgün tətbiq etdikdə, heç bir əks təsir göstərmir.
Hicamaya üz tutan insanların müxtəlif şikayətlərlə gəldiyini bildirən Buluşov qeyd edir ki, insanlar həm hicamanı sınamaq, həm də müəyyən xəstəlikdən xilas olmaq üçün müraciət edirlər:
“Ən məşhur şikayətlərdən biri də osteoxondroz xəstəliyidir. Bu xəstəlikdən əziyyət çəkən insanlarda oynaqlarda duzlaşma, damarların tutulması, əzələlərin kütləşməsi halları müşahidə olunur. Yüngül dərəcəli osteoxondrozda müalicənin ilk mərhələsində təsir hiss olunur. Orta və ağır dərəcəli osteoxondrozda isə bir neçə seans sonra təsir yaranır”.
Mütəxəssis hicamada yaş həddi ilə bağlı suala belə cavab verib:
“4-5 yaşdan sonra kiçik ölçülü bankalar uşaqlar üçün istifadə oluna bilər. 65-70 yaşdan sonra hicamaya müraciət edən insanlar öncə ümumi qan analizi verməlidir”.
Razaman Buluşov vurğulayıb ki, profilaktik olaraq hicamanı ildə 4 dəfə tətbiq etmək məqsədəuyğundur, lakin xəstəlikdən qorunmaq üçün gələn insanlarda hicamanın tətbiqi seanslara bölünür.
Mütəxəssis donorluqla hicamanın fərqini belə izah edib: “Donorluq ehtiyacı olan insanlara kömək məqsədi daşıyır və bu qan təbii oksigenlə doludur. Hicama isə kapilyarlarda olan toksinli qanı xaric edir”.
Tibb professoru Adil Qeybullanın sözlərinə görə, hicama qədim zamanlardan tətbiq edilir:
"Orqanizmdən müəyyən qədər qan almaq təzyiqi yüksək olan xəstələrdə rahatlıq yaratmaqa hesablanan üsuldur. Bundan başqa, hicama sümük iliyinin stimulyasiya etməklə yenidən qanın yerini doldurmaq, qan hüceyrələrini artırmaq üçün hazırlanan metoddur. Qan aldıqdan sonra eritrositlər, leykositlər stimulyasiya olaraq qana daxil olur. Hicama zamanı insana infeksiya keçmə riski var, bu səbəbdən ehtiyatlı olmaq lazımdır, hətta ölümə də səbəb ola bilər".
Həkimin sözlərinə görə, qan xəstəliyi olanlar, qan laxtalanma sistemi pozulan şəxslər hicama etdirməməlidir.